EN

Messinin komandası darmadağın oldu - VİDEO

ABŞ-da keçirilən 2025-ci il FIFA klubların dünya çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, bu gün ən güclü səkkiz komandadan daha biri bəlli olub. 1/8 final çərçivəsində Atlantada "Mercedes-Benz Stadium"da keçirilən matçda PSJ 4 cavabsız qolla "İnter Mayami"yə qalib gəlib və 1/4 finala vəsiqə qazanıb.

Daha əvvəl İngiltərənin “Çelsi” və Braziliyanın “Palmeyras” kollektivləri adlarını ən yaxşı 8 komanda sırasına yazdırıb.

Bu oyun Lionel Messinin hazırkı ("İnter Mayami") və keçmiş (PSJ) komandalarının qarşılaşması kimi böyük maraq doğurub.

FIFA klubların dünya çempionatı


1/8 final
29 iyun


20:00. PSJ - "İnter Mayami" 4:0


​​​​​​
 

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
24
7
bizim.media

10Sources