Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Klublararası dünya çempionatında 1/8 mərhələnin görüşü başa çatıb.
Oxu.Az xəbər verir ki, ABŞ-də keçirilən turnirin pley-off mərhələsində PSJ "İnter Mayami" ilə üz-üzə gəlib.
Oyun sanki UEFA Çempionlar Liqasının bumövsümkü finalını xatırladıb. Lakin bu dəfə Paris klubunun qurbanı İtaliyanın deyil, ABŞ-nin "İnter"i olub. O zaman italyanları 5 cavabsız qolla məğlub edən fransızlar, indi Mayami təmsilçisindən 4:0 hesabı ilə üstün olublar.
Beləliklə də, Luis Enrikenin yetirmələri "Palmeyras" və "Çelsi"dən sonra Klublararası dünya çempionatın 1/4 finalına vəsiqə qazanan üçüncü klub olub.
Qeyd edək ki, hazırda "İnter Mayami"də çıxış edən futbol ulduzu Lionel Messi sabiq komandasına qarşı oyunda heç nə ilə yadda qalmayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.