“Sabah” bu gün Avstriyadakı yay toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, ölkə kubokunun qalibi Sloveniyada Rumıniyanın “Rapid” klubu ilə qarşılaşıb.
Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb. Bu, komandanın yeni baş məşqçisi Valdas Dambrauskasın "Sabah"da ilk oyunu olub.
Masazır təmsilçisinin heyətində Coy-Lens Mikels və Xəyal Əliyev vurub.
Qeyd edək ki, "Sabah" ikinci yoxlama matçını iyulun 3-də Macarıstanın “Pakş” klubuna qarşı keçirəcək.