EN

Maştağada kanalda antisanitar vəziyyətVİDEO

Su kanalı məişət tullantılarından görünməz hala gəlib.

Xezerxeber.az xəbər verir ki, görüntülər Sabunçu rayonu, Maştağa qəsəbəsi, Abşeron küçəsindəndir. Sakinlərin sözlərinə görə, kanalın körpüyə birləşən hissəsi ensiz olduğundan, kanal boyu atılmış bütün tullantılar bura yığılır. Havaların isti olması səbəbindən ətrafa yayılan pis qoxu isə ərazidəki hər kəsi narahat edir.

Sakinlər bildirirlər ki, problemlə bağlı əlaqədar quruma da müraciət ediblər.

Məsələ ilə əlaqədar Abşeron Su Meliorasiya Sistemlərinin istismarı idarəsi ilə əlaqə saxladıq. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, kanalda təmizləmə işləri mütəmadi olaraq həyata keçirilir. O da qeyd olundu ki, kanalın sakinlər tərəfindən çirkləndirilməsi su təsərrüfatı obyektlərinə də ciddi ziyan vurur.

“Xəzər Xəbər”in çəkilişindən sonra əraziyə texnika cəlb olunub və kanal tullantılardan təmizlənib.

Chosen
5
50
xezerxeber.az

10Sources