EN

İranda neft emalı zavodunda partlayış baş verib

İranın şimal-qərbində Təbriz neft emalı zavodunda tikilməkdə olan qurğulardan birində azot çəni partlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Neft emalı zavodunun yaxınlığındakı qatı tüstünün qəza nəticəsində baş verdiyi qeyd edilib.

İlkin məlumatlara görə, hadisə nəticəsində ölən yoxdur və zavod adi rejimdə fəaliyyətini davam etdirir.

Chosen
8
32
ikisahil.az

10Sources