EN

“Deyəsən İranda səfirləri başqa-başqa yerlərdən idarə edirlər” - VİDEO

“ABŞ-a şillə vurduq” deyən İranda deyəsən xalıqın diqqətini başqa yönə çəkməyə çalışırlar.

Guya İsrail dronları İranı Azərbaycan üzərindən uçaraq vurub. Bu şayiələr fonunda Prezident İlham Əliyevlə İranlı həmkarı Məsud Pezeşkianın telefon söhbəti olduqca vacib idi. Azərbaycan Prezidenti son hadisələr zamanı İran vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığını çatdırdı, qarşıdurmanın dayandırılması ilə bağlı Məsud Pezeşkianı təbrik etdi”.

Bizim.Media xəbər verir ki, bu fikirlər İctimai TV-də yayımlanan “Yekun xəbər” proqramında yer alıb.

Aparıcının sözlərinə görə, dövlət başçımız bölgədə sülhün və əmin-amanlığın vacib şərt olduğunu vurğuladı:

“İrandakı hazırkı anti-Azərbaycan təbliğatı fonunda İlham Əlieyv bu həftə İranın Azərbaycandakı yeni səfirinin etimadnaməsini də qəbul etdi. Dövlət başçısı yayılan saxta xəbərlərə reaksiyasını elə bu qəbulda verdi. Bu xəbərləri cəfəngiyyat adlandırdı. Səfirin dediklərindən isə belə aydın oldu ki, İran tərəfi Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməyəcəyindən tam əmindir. Bu açıqlamanın üstündən heç 1 saat keçməmişdi ki, İranın başqa bir səfirindən Azərbaycanın ünvanına ittiham gəldi. Mehdi Sobhani bildirir ki, qonşu ölkələrdən dronların İran ərazisinə daxil olması barədə məlumatları var. Buna görə də Tehran Azərbaycan tərəfindən ciddi araşdırma aparmağı xahiş edir. İran nəticələri gözləyir və Tehranın cavabı daha çox bu araşdırmalardan asılı olacaq. Deyəsən İranda səfirləri başqa-başqa yerlərdən idarə edirlər. Belə olmasaydı Azərbaycandakı səfirin dedikləri ilə Ermənistandakı səfirin söyldikləri üst-üstə düşərdi”.

Daha ətraflı süjetdə:


Bizim.Media

Chosen
15
50
bizim.media

10Sources