ABŞ Prezidenti Donald Tramp Tehranın "sülhpərvər" olması şərti ilə İrana qarşı sanksiyaları ləğv edəcəyinə söz verib.
Publika.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Tramp vurğulayıb ki, əgər İran “öz işini görsə”, “sülhpərəst” olsa və zərər verməyəcəyini açıq şəkildə göstərə bilsə, o zaman sanksiyaları ləğv edəcək.
ABŞ prezidentinin sözlərinə görə, bu, “böyük dəyişikliklərə” gətirib çıxaracaq.
Bundan əvvəl İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi İsrail Müdafiə Qüvvələrinin İranla atəşkəsi poza biləcəyini bildirmişdi