EN

Azərbaycanda keçiriləcək musiqi festivalının tərkibi dəyişdirildi

Oxu.az saytına istinadən ain.az xəbər verir.

"DREAM FEST 2025" beynəlxalq musiqi festivalı iyulun 23-dən 26-dək yenilənmiş proqramla keçiriləcək.

Oxu.Az -ın xəbərinə görə, bu barədə Azərbaycanın Xalq artisti Emin Ağalarov "Instagram" səhifəsində məlumat verib.

"Azərbaycan Mədəniyyət Nazirliyinin 29 iyun tarixli məlumatı ilə əlaqədar tədbirin proqramında dəyişikliklər planlaşdırılır. Birinci və üçüncü günlərin işitirakçıları dəyişməz qalacaq, ikinci və dördüncü günlərdə isə təşkilatçılar yeni adlar təqdim edəcəklər" , - deyə o bildirib.

Ağalarov əlavə edib ki, lazım olarsa, biletlərin dəyişdirilməsi və qaytarılması bilet operatorlarının qaydalarına uyğun şəkildə mümkün olacaq.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Nazirliyi ölkədə Rusiya ilə bağlı mədəni tədbirlərin ləğvi ilə bağlı bəyanat yayıb.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburqda azərbaycanlıların evlərinə basqın keçirib. Əməliyyat nəticəsində iki azərbaycanlı öldürülüb. Daha bir neçə nəfər saxlanılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
21
oxu.az

10Sources