EN

Vəkil: Yekaterinburqda saxlanılan Əhliman Gənciyevi dubinka ilə döyüb, elektroşokla işgəncə veriblər

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Yekaterinburqda iyunun 27-də saxlanılan Əhliman Gənciyevi dubinka ilə döyüb, elektroşokla işgəncə veriblər.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Gənciyevin vəkili İlkin Əmirov bildirib .

Onun sözlərinə görə, Gənciyevə “elektroşok”la işgəncə verilib, ağır predmetlə döyülüb.

Vəkil müvəkkilinin döyülüb, işgəncə veriləndən sonra xəstəxanaya belə yerləşdirildiyini söyləyib: "Biz hesab edirik ki, müvəkkilim törədilmiş cinayətlə heç bir əlaqəsi yoxdur. O, günahsızdır. O, hətta işgəncələrdən sonra belə etiraf etməyib və etməyəcək".

Hüquqşünas qeyd edib ki, cinayət işinin araşdırılması üzrə ümumilikdə 15 nəfərə yaxın adam saxlanılıb, iki şübhəli öldürülüb: "Biz hər cür səy göstərəcəyik ki, həmin şəxslər xroniki xəstəliklərdən deyil, məhz işgəncə nəticəsində həyatlarını itiriblər".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
8
apa.az

9Sources