ain.az bildirir, Sherg.az portalına istinadən.
Rusiyada baş verən hadisələr şovinizmin, diskriminasiyanın, milli ayrıseçkilliyin bariz nümunələridir. Yekaterinburqda baş verənlər prosesin idarə olunduğunu aydın göstərir. Müharibədə insan qıtlığı ilə üzləşən Rusiyada miqrantların müxtəlif təzyiq, şantaj, məcburetmə yolları ilə müharibəyə aparılması tendensiyası açıq müşahidə olunur. Bu yaxınlarda Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin miqrantların müharibəyə cəlb edilməsi ilə bağlı etirafları və səaləndirdiyi statistikanın əsasında da bu həqiqətlər dayanır. Azərbaycan hələ də mülki təyyarəsinin virulmasını unutmayıb, Rusiyanın bu məsələdə hərəkətsizliyi heç cür qəbul oluna bilməz. Azərbaycan təyyarə mövzusunu beynəlxalq müstəvidə inkişaf etdirəcək və məsələnin ədalətli həllinə, günahkarların cəzalandırılmasına, müvafiq kompsesasiyaların ödənilməsinə nail olacaq. Ötənlərdə Həştərxanda keçirilən tədbirə dəvət olunmuş millət vəkilimizin Rusya ərazisinə buraxılmaması da bu ölkədə Azırbaycana qarşı formalaşdırılan münasibətin göstəricisidir. Bir müddət öncə Azərbaycanın informasiya resurslarına qarşı kiberhücum təşkil olunması və bunun arxasında Rusiyanın dayanması. Milli Məclisin komissiyasının müvafiq hesabatına qayıtmaq və istifadə etmək. Rusiyada ənənəvi digər xalqlara qarşı şovinist əhval ruhiyyə hökm sürüb, diskriminasiya geniş yayılmış praktikadır. Görünür, artıq müsəlman xalqlarına, bu ölkədə yaşayan və ya ora gedən müsəlmanlara qarşı da açıq təzyiqlərə start verilib. Bu, Rusiyada islamofobiyanın alovlandırılması deməkdir. Kremlə yaxın olan Solovyov kimi ünsürlərin açıq anti-Azərbaycan çıxışları məsələnin nə yerdə olduğunu, bütün bu prosein idarə olunduğunu aydın göstərir. Mübaliğsiz, Rusiyanın milli siyasətində digər xalqlara qarşı dözümsüzlük, ayrıseçkikik, diskriminasiya və islamofobiya güclənir.
Millət vəkili Azər Badamov "Sherg.az"a bildirib ki, Rusiyada qeyri-etnik ruslara qarşı şovinizm, diskriminasiya, milli ayrıseçkilik adi bir haldır:
“90-cı illərdən sonra Rusiyada yaşayan qafqazlılara və Mərkəzi Asiyadan olan insanlar böyük şəhərlərdə ikinci dərəcəli insanlara kimi baxılır, təhqir və təqiblərə məruz qoyulurdu. Amma 2022-ci ilidə Ukrayna ilə müharibənın başlandığı ilk vaxtlar bu münasibət bir az səngimişdi. Çünki, müharibəyə göndərilənlərin əksəriyyəti qeyri-etnik ruslar idi. İndi isə müharibə dərinləşdikcə yeni canlı qüvvəyə ehtiyac yaranır. Bu boşluğu miqrantlara və qeyri-etnik rus vətəndaşlara təzyiqlər gösətilməklə doldurulur. Hətta məcbur edilərək müqavilə bağlatdırıb müharibəyə göndərilən miqrantlar aldadılır və kompensasiyalar verilmir. Ən təhlükəlisi odur ki, qeyri-rus vətəndaşların və miqrantların müharibəyə göndərilməsi üçün onların təqib olunması dövlət siyasətinə çevrilib. Baş verən hadisələr onu göstərir ki, Rusiyada qeyri-rus vətəndaşların və miqrantların hüquqları nə qanunlar, nə də dövlət qorumur. Əksinə dövlətin güc strukturları miqrantlara qarşı təhlükəli bir maşına çevrilib. Yeketerenburq şəhərində Azərbaycanlılara qarşı törədilmiş qeyri -insanı hərkətlər, işğəncə və təzyiqlər heç bir qanunun çərçivəsinə sığmır. Belə ki, polisin və SOBR-ın səhər gün açılmamış qapıları sındıraraq evə daxil olması, evin kişilərinin açıq şəkildə təhqir edilərək döyülməsi və qətlə yetirilməsi dövlətin hüquq mühafizə orqanlarının yuxarıdan alıdığı tapşırığın icrasından başqa bir şey deyil. Əks halda bu cinayətləri törədilənlərə qarşı hər hansı bir tədbirin görülməsi ilə bağlı açıqlama verilərdi”.
Parlament üzvü vurğulayıb ki, Rusiyanın XİN-i Azərbaycanın etirazından sonra saxlanılan insanlara tibbi yardımın göstərilməsinə başlandığı və 24 il əvvəl törədilmiş cinatyət işinin istinataqıana görə müəyyən azərbaycanlıları saxlanıldığı bildirlir:
“Sual olunur ki, törədilmiş cinayət işi 24 ildən sonramı Rusiyanın istinataq idarəsinin yadına düşdü? Hətta şəxs cinayət işi üzrə saxlanılırsa belə, niyə alçaldıcı və ölümlə qarşılaşdıran işğəncələrlə qalmalıdır? Təbii ki, hüquqi müstəvidə məhkəmənin qərarı olmadan cinayət əməlinin nəticəsi təsdiq olunmur. Belə bir hökm olmadığı təqdirdə müqavimət ğöstərilməyən və öz evində ailəsinin içində olan insanları belə alçıaldılması və döyülərək öldürülnməsi özü bir cinayətdir. Baş verən bu özbaşınalığın bir cavabı var. Bu hadisənin kökündə Rusiya İstintaq Komitəsinin sədr Aleksandr Bastırkinin miqrantların müharibəyə cəlb edilməsi ilə bağlı səsləndirdiyi fikirlləri və səsləndirdiyi statistikası ilə bağlı həqiqətlər dayanır. Müharibəyə mirqrantları güc yolu ilə göndərməklə istəklərinə nail olmaq mümkün deyil. Rusiya özünü hüquqi və dünyəvi dövlət hesab edirsə ölkəsində qeyri ruslara qarşı təzyiq və təqib etmək siyasətini dəyişməli və öz vətəndaşlarının hamısının hüquqlarını qanunlarla bərabər şəkildə qorumalıdır”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.