EN

İran İsrailin atəşkəsə əməl edəcəyinə şübhə edir


İran hakimiyyəti İsrailin 12 günlük İran-İsrail müharibəsinin başa çatmasından sonra elan etdiyi atəşkəs şərtlərinə əməl edəcəyinə şübhə edir.
Yeniavaz.com
xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Əl Səud ilə söhbəti zamanı İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Əbdülrəhim Musəvi deyib.
“Biz müharibənin təşəbbüskarı olmamışıq, lakin biz bütün gücümüzlə təcavüzkara cavab verdik və düşmənin atəşkəslə bağlı öhdəliklərini yerinə yetirəcəyinə şübhə etdiyimiz üçün, təkrar təcavüz halında ona yenidən qəti cavab verməyə hazırıq”, - Musəvi deyib.
General-leytenantın sözlərinə görə, İsrailin hücumu İranın təmkin nümayiş etdirdiyi və ABŞ ilə danışıqlar apardığı bir vaxtda həyata keçirməsi faktdır.
Chosen
7
1
yeniavaz.com

2Sources