EN

Peskov: “Rusiya vətəndaşı olan milyonlarla erməni bu hadisələri ağrı-acı ilə izləyirlər”

“Ermənistanda baş verənlər onun daxili işidir”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O qeyd edib ki, Rusiya bu vəziyyətə qarışmaq niyyətində deyil:

“Ermənistan bizə çox yaxın ölkədir və unutmayaq ki, bir neçə milyon erməni Rusiya Federasiyasının vətəndaşlarıdır və onlar təbii ki, bu hadisələri ağrı-acı ilə izləyirlər”.

Chosen
17
13
apa.az

10Sources