EN

Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir

Azxeber.com saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiyanın Yekaterinburq şəhərində baş vermiş hadisələr təkcə fərdi cinayət faktları kimi yox, sistemli və məqsədli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri "Report”a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Onun sözlərinə görə, Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanəsilli şəxslərin evlərində vəhşicəsinə reydlər keçirməsi, onları işgəncəyə, ölümə məruz qoyması – sadəcə hüquqi normaların pozulması deyil, etnik təmizləmənin növbəti təzahürüdür.

Deputat qeyd edib ki, 25 il əvvəl baş verən cinayətə görə insanların vəhşicəsinə saxlanılması və qeyri-insani rəftarın tətbiqi beynəlxalq hüququn, o cümlədən BMT-nin İşgəncələrə Qarşı Konvensiyasının açıq pozuntusudur:

"Bu cür davranışlar tək Rusiya Konstitusiyası ilə deyil, insan ləyaqətinə qarşı yönəlmiş vəhşilikdir. Hüquq normalarına görə, əgər bir insan cinayət törətməkdə şübhəli bilinibsə, özü də bütün ailə yox, konkret şəxslər, onların mühakiməsi yalnız məhkəmə tərəfindən aparılmalı, cəzası da qanunvericiliyə uyğun şəkildə verilməlidir. Heç bir hüquq-mühafizə orqanı nümayəndəsinin insanlara işgəncə verməyə, onları öldürməyə haqqı yoxdur”.

P.Vəliyeva əlavə edib ki, Rusiyada "rus kimliyi” ideologiyasının süni şəkildə gücləndirilməsi, monoetnik dövlət modelinə keçid cəhdləri, qeyri-rus xalqlara qarşı artan ksenofobiya və nifrət dili – bu ölkənin imperiya xislətindən imtina etmədiyini sübut edir.

Deputat vurğulayıb ki, damğalanmaya və etnik, dini diskriminasiyaya məruz qalan azərbaycanlılar və Mərkəzi Asiya mənşəli miqrantlar Rusiya iqtisadiyyatının onilliklərdir ki, əsas daşıyıcı qüvvəsi olduqları halda, sosial diskriminasiyaya, inzibati zorakılığa və hüquqi ayrı-seçkiliyə məruz qalır:

"Bu hadisələr fonunda bir neçə əsas tendensiya – Rusiya hökumətinin müharibəyə rusları yox, qeyri-rusları göndərmək siyasəti, miqrantların "mütləq günahkar” kimi təqdim olunması, Ukraynada insanlıq əleyhinə cinayətlər törədən Rusiya rejiminin daxildə də qeyri-rus xalqlara qarşı qəddarlığını artırması, Rusiya mediasının açıq anti-azərbaycançı və islamofob ritorikası, Rusiya dövlət təmsilçilərinin mütəmadi olaraq Azərbaycan əleyhinə qərəzli və əsassız fikirlər səsləndirməsi, Rusiya ictimaiyyətini çaşdıran, Azərbaycanın milli maraqlarına toxunan çıxış və ifadələrinin, əslində Rusiya tərəfindən sistemli və məqsədli şəkildə aparılan anti-Azərbaycan siyasətinin tərkib hissəsi olması aydın görünür”.

O həmçinin deyib ki, Azərbaycan Hava Yollarına (AZAL) məxsus mülki hava gəmisinin Rusiya tərəfindən vurulması, məsələnin qəsdən təkzib və ört-basdır edilməsi, vurulma faktı sübut edildikdən sonra Rusiya tərəfinin uzun müddət hərəkətsizliyi, gecikən üzr və hələ də ödənilməyən kompensasiya, cari ilin fevral ayında ölkəmizə qarşı təşkil edilən kütləvi kiberhücumların Rusiya tərəfindən gəlməsi bunların bariz sübutudur:

Rusiya dövləti və hüquq-mühafizə orqanları bu cinayətlərin qarşısını almaqla yanaşı, bu vəhşiliyi törədən hər bir şəxsə qarşı dərhal və qəti hüquqi tədbirlər görməlidir. Bu, Rusiyada yaşayan milyonlarla azərbaycanlının və digər qeyri-rus xalqların hüquqlarının qorunması baxımından həyati əhəmiyyət daşıyır. Əgər Rusiya dövləti bu hadisələrə obyektiv hüquqi qiymət verməzsə, bu yalnız ölkədaxili qarşıdurmaları alovlandırmayacaq, Azərbaycanla da münasibətlərdə kəskin qopmalar yaradacaq. Rusiya tərəfi törədilən cinayətlərlə bağlı Azərbaycan xalqından üzr istəməlidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
35
azxeber.com

10Sources