Bu fikirləri Demokrat.az-a açıqlamasında ATXƏM İB-nin sədri İlham İsmayılov bildirib.
Onun sözlərinə görə, bir müddət əvvəl Rusiyanın “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin ölkəmizdə casus şəbəkə yaratmaqda ittiham olunması, Bakıda Rus Evinin bağlanması Rusiya dövlətınin bizə qarşı apardığı məqsədyönlü siyasətini ifşa edib:
“Daha sonra AZAL-aa məxsus mülki təyyarəmizin vurulmasına görə hələ bu günə qədər Rusiya bir səmimi peşmançılıq çəkdiyini bildirməmiş, üzr istəməmişdir. Sanki vaxt keçdikcə unutdurmaq istəyirlər.
Və ardınca 5 həmvətənimizi, bir ailənin üzvlərini evlərində amansızcasına qətlə yetiriblər. Bu təxribatların davamlı olması onu göstərir ki, Rusiya qonşularına qarşı hər zaman belə münasibət göstərir və bunun da bir çox səbəbləri vardır.
Artıq uzun illərdir ki, soydaşlarımız Azərbaycandan gedərək Rusiyanın ictimai-siyasi, iqtisadi həyatında iştirak edirlər, orda bazarların, meyvə-tərəvəz bolluğunun yaranmasına və beləliklə də iqtisadi inkişafına öz töhfələrini verirlər. Ancaq buna cavab olaraq, biz hər dəfə belə halların baş verməsinin şahidi olmuşuq. İnsan hüquqlarının get-gedə daha da kobud şəkildə pozulması, qonşu ölkələrə qarşı rus şovinizminin güclənməsi artıq dözülməz həddə gəlib çatıb. Hətta, mən Rusiyanın Ukraynanı işğalında qeyd etmişdim ki, bütün post-sovet ölkələri bu müharibənin aparılmasına etiraz etməlidirlər. Çünki bu və ya digər şəkildə bu da təcavüzün bir növüdür. Ölkəmizdə nəinki ruslar, bütün digər xalqların nümayəndələri daim tam, bərabər hüquqlu vətəndaşlar olaraq əmin-amanlıq, sülh, sabitlik şəraitində yaşayıb fəaliyyət göstərmişlər. Azərbaycan tolerant dövlətdir. Lakin Rusiyada soydaşlarımıza qarşı hər zaman ayrı-seçkilik, ikili standartlarla yanaşma mövcüd olmuşdur və biz də buna qəti şəkildə etiraz edirik. Bu insanlıq əleyhinə cinayətdir. Biz vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq baş vermiş bu vəhşicəsinə cinayətə görə Rusiya rəhbərliyinin üzr istəməsini və günahkarların cəzalandırılmasını tələb edirik”.
Demokrat.az
10Sources
-
news24.azRusiyanın daha bir şəhərində azərbaycanlılara qarşı təqiblər başlayıb ( 18748060)
-
qht.az“DSD”İB-nin YEKETERENBURQ hadisələri ilə bağlı XƏZƏRYANI ÖLKƏLƏRİN DƏNİZÇİLRİNƏ MÜRACİƏT ÜNVANLADI ( 18751375)
-
cebheinfo.azKomitə saxta teleqram kanalı ilə bağlı məlumat yaydı ( 18751372)
-
cebheinfo.azBakı qətliamın arxasında dayanan şəxsin adını çəkdi: Putinin əli azərbaycanlıların qanına batıb VİDEO ( 18751354)
-
pravda.az“Guya polisi görəndə qardaşlarımın ürəyi partlayıb” - VİDEO ( 18751348)
-
Reportyor.tv“Guya polisi görəndə qardaşlarımın ürəyi partlayıb” - VİDEO ( 18751342)
-
afn.azYekaterinburqda həbs edilən Əhliman Gənciyevin vəkilindən AÇIQLAMA ( 18751303)
-
modern.azRusiyanın daha bir şəhərində azərbaycanlılara qarşı ƏMƏLİYYAT ( 18751336)
-
afn.azAzərbaycanlılar xəstəxanada silahlı şəxslərin nəzarəti altında saxlanılır - Seyfəddin Hüseynli (VİDEO) ( 18751270)
-
Ajans.azVoronejdə azərbaycanlılara qarşı reydlərə BAŞLANILDI ( 18751267)