EN

Rusiyanın Yekaterinbur şəhərində saxlanılan azərbaycanlılardan biri barəsində həbs qətimkan tədbiri seçilib

Bakı. Trend:

Rusiyanın Yekaterinburq şəhərində zor tətbiq edilməkləsaxlanılan doqquz azərbaycanlı ilə bağlı məhkəmə prosesində MəzahirSəfərov barəsində 22 gün müddətinə həbs qətimkan tədbiriseçilib.

Trend-in məlumatına görə, o, və daha bir neçə azərbaycanlısifarişli qətllərdə ittiham olunur. Onlardan bəzilərinin barəsindəbu gün qətimkan tədbiri seçiləcək.

Məhkəmə prosesində Azərbaycanın Yekaterinburqdakı baş konsulununvəzifəsini icra edən Şöhrət Mustafayev və YekaterinburqdakıAzərbaycan diasporuna rəhbərlik edən “Azərbaycan-Ural” ictimaitəşkilatının sədri Şahin Şıxlinski də iştirak edirlər.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqdaazərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib.Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub.Əməliyyat zamanı iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlaröldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfərxəstəxanaya yerləşdirilib.

Chosen
7
7
az.trend.az

6Sources