EN

Rusiyada azərbaycanlılara qarşı vandallıq: "Müşahidə kameralarını çıxartdırandan sonra..." - "Yeyib-içib, bizi yenidən döyüb çıxıb getdilər”

Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda təkcə Səfərovların evlərinə deyil, sahibi olduqları kafeyə də basqın ediblər.

“Bizim evə basqın edib atamı aparıblar, onda mən evdə olmamışam. Atamgili səhərüzü saat 5-də aparmışdılar. Günorta saat 2-də işçilərin vəziyyəti ilə maraqlanmaq üçün kafeyə getdim. Birdən maskalılar kafeyə də basqın etdilər, hamını üzü üstə yerə yıxdılar. Kafeninin mühafizəçisinin gözündən vurublar, indi əməliyyat olunmalıdır. İşçilərdən birinin çənəsini qırdılar. Sonra da başladılar bizi alçaltmağa, təhqir etməyə… Döyə-döyə deyirdilər ki, sizi doğrayıb öldürəcəyik".

"Kameranın yaddaş kartının yerini tələb etdilər. Kafenin sahibi mənim atamdır. Atamın adı Akif Səfərovdur. Atam Səfərovların böyük qardaşdır. Bu dəqiqə atam da içəridədir, bölmədədir. Aldığım məlumata görə, o biri əmilərimi atamdan daha çox döyüb, işgəncə veriblər. Atamın gözünün qabağında o biri qardaşlarını döyüblər”.

"Müşahidə kameralarını çıxartdırandan sonra bizi döyməyə başladılar. Biləndə ki, mən kafenin sahibinin oğluyam, məndən kabab bişirməyi tələb etdilər. Kafedə qab-qacaqları qırdılar. Kabab bişirəndə gəlib arxadan “dubinka” ilə vururdular. Hardasa 2 saat yarım bizi kafedə yerdə uzanıqlı vəziyyətdə saxladılar. Özləri yeyib-içib, bizi yenidən döyüb çıxıb getdilər”.

Chosen
2
28
mia.az

10Sources