EN

KDÇ: "Çelsi" darmadağınla 1/4 finala yüksəldi

Londonun "Çelsi" klubu 2025-ci il Klublararası Dünya Çempionatının 1/8 final matçında Lissabonun "Benfika" klubunu məğlub edib.

Publika.az xəbər verir ki, Şarlottada baş tutan görüş Enzo Mareskanın yetirmələrinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qaliblərin qollarını Ris Ceyms, Kristofer Nkunku, Pedro Neto və Kieran Dyusberi-Hall vurub. Uduzan komandanın yeganə qolunu penaltini dəqiq yerinə yetirən Anxel Di Maria vurub.

FIFA Klublararası Dünya Çempionatı altı qitə konfederasiyasının ən güclü təmsilçiləri arasında keçirilən yarışdır. Turnir Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) himayəsi altında keçirilir. İlk FIFA Klublararası Dünya Çempionatı 2000-ci ilin yanvarında Braziliyada keçirilib. O, hər il Yokohamada ( Yaponiya ) UEFA Çempionlar Liqasının qalibi ilə Libertadores Kubokunun qalibi arasında keçirilən Qitələrarası Kubokun davamçısı kimi FIFA tərəfindən tanınıb.

Chosen
14
23
publika.az

10Sources