EN

Yevlaxda ağır yol qəzası oldu - Ölən və xəsarət alanlar var

YEVLAX, 29 iyun. TELEQRAF

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosunun məlumatına görə hadisə Xaldan şossesində baş verib.

Belə ki, "Mersedes" markalı avtomobilin arxadan hərəkətdə olan qoşqulu (lülkalı) motoskletə çırpılması nəticəsində motoskletdə olan ər və arvad ağır xəsrət alıb. 1955-ci il təvəllüdlü rayonun Hacısülli kənd sakini Kazımov Hacıbala Ədil oğlu və 1959-cu il təvəllüdlü xanımı Kazımova Fəxriyyə Aslan qızı təcili xəstəxanaya çatdırılıb. Ölümcül vəziyyətdə olan qadının həyatını xilas etmək mümkün olmayıb, onun əri Hacıbala Kazımov isə əməliyyat olunaraq cərrahiyyə şöbəsinə yerləşdirilib.

Əldə olunan məlumata görə qəzaya düşən bir ailənin iki üzvü səhər saatlarında evdən çıxaraq qonşuluqdakı şəhər bazarına gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.

Chosen
10
50
teleqraf.com

10Sources