EN

“Həmin xalq artisti məni otağından çıxaranda Flora Kərimova mənə dəstək oldu” - İLLƏRİN SİRRİ+ÖZƏL

“Aşıq sənətini də artıq şou-biznesə qatırlar. Bunun da əsas günahkarı aparıcılardır. Görürsən ki, səni çağırırlar, amma bir başqasından söhbət gedir. Bir də görürsən ki, veriliş bitdi. Səni niyə dəvət etmişdilər? Sən niyə ora getmişdin? Bu kimi nüanslara heç fikir vermirlər. Gərək aləmi bir-birinə qatan aparıcıların sözünə getməyəsən. İçi özüm qarışıq. Ona görə də verilişlərə çox getmirəm. Ayda-ildə bir dəfə görünsəm kifayətdir! Tək aşıq sənətində yox, şou-biznesdə ümumiyyətlə qalmaqallar çox olur. Amma olmamasını istərdim. Biz nəyi bölə bilmirik? Bunu başa düşə bilmirəm. Həyatın ən gözəl neməti səmimiyyətdir. Mən hamıya bunu arzulayıram”
 
Bunu Moderator.az-a açıqlamasında Əməkdar mədəniyyət işçisi, tanınmış aşıq Zülfiyyə İbadova deyib. Qadın aşıq sənət aləmindəki qısqanclıqlardan da danışıb:
 
“Sənətdə qısqanclıq ta bineyi-qədimdən olub. Həmişə yaşlı nəsil cavan nəsili qısqanıb. Zamanında bu kimi hadisələr mənim də başıma gəlib. Elə böyük sənətkarlar olub ki, qrim otaqlarına belə məni buraxmayıblar. Pərt olmuşam, mənə çox pis təsir edib. Koridora çıxıb gözləmişəm. Flora xanım mənə deyib ki, niyə ağlayırsan? Hadisəni ona danışandan sonra məni öz otağına dəvət edib. Deyib ki, can, quzunu niyə qurda tapşırıblar? Bunun şahidləri də var. İndi o sənətkarların əksəriyyəti haqq dünyasındadır. Bacardıqca çalışıram ki, çoxlarını yola verim. Yola verə bilmədiklərimi isə yola salmağı bacarıram” deyə aşıq bildirib.
 
 
Aşıq Zülfiyyə təmənnasız getdiyi toylardan da danışıb:
 
“Qonşularla münasibətim çox gözəldir. İstəsəniz gəlib soruşa da bilərsiniz. İstər qonşularımın, istərsə də digər kasıb insanların o qədər pulsuz toylarında iştirak etmişəm ki. Demişəm ki, kiminin parası, kiminin duası. Elə dua var ki, puldan da önəmlidir. Hər şeyi maddiyata bağlamaq olmaz ki. Mənim üçün mənəviyyat daha öndə gəlir” deyə aşıq bildirib.
Chosen
28
28
moderator.az

10Sources