EN

Yunan mətbuatı Miçotakisi tənqid atəşinə tutdu

NATO Zirvəsində Yunanıstan Baş naziri Kiryakos Miçotakis digər liderlər arasında təklənmiş görünüb.

Sherg.az xəbər verir ki, liderlərlə əlaqə qura bilməyən və arxa planda qalan Miçotakis, ölkə daxilində həm siyasətçilər, həm də ictimaiyyət tərəfindən “görünməz fiqur” olmaqda tənqid edilib. Sosial mediada isə onun “nəfəs almaq üçün belə təlimat gözlədiyi” ironik şərhlərlə paylaşılıb.

SYRIZA və PASOK partiyaları hökuməti passiv xarici siyasətə görə sərt tənqid edib. Digər tərəfdən, Türkiyənin Liviya ilə yeni enerji razılaşması da Afinada narahatlıq yaradıb. Miçotakis bu mövzunu Brüsselə daşıyaraq AB-dən dəstək istəyib.

Hökumət tərəfi isə görüntülərin “şişirdildiyini” iddia edir.
Chosen
35
1
sherg.az

2Sources