EN

Millimizə 12 qol vuran İngiltərə Avropa çempionu olub - VİDEO

21 yaşadək futbolçular arasında təşkil olunan Avropa çempionatı başa çatıb.

İdman.biz xəbər verir ki, finalda turnirin son iki qalibi üz-üzə gəlib.

Almaniya 2021-ci, İngiltərə isə 2023-cü ildə Avropa çempionu olub. Oyuna yaxşı başlayan ingilislər 260 hesabı ilə önə keçsələr də, almanlar geri dönüş edə biliblər. 90 dəqiqə 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda isə İngiltərə yığması qələbə topunu vuraraq, titulu qorumağı bacarıb. Komanda tarixində 4-cü dəfə Avropa çempionu olub. İspaniya və İtaliya millilərinin hesabında 5 çempionluq titulu var.

Qeyd edək ki, İngiltərə yığması Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb. İngilislər iki oyunda komandamızın qapısından 12 top keçiriblər (5:1, 7:0).

U-21 Avropa çempionatı
Final

28 iyun
23:00. İngiltərə - Almaniya - 2:2, ə.v. 1:0

İdman.biz

Chosen
27
2
idman.biz

9Sources