EN

Kayl Uoker, Joao Feliks və Rikkardo Sottil “Milan”dan getdilər

“Milan”ın futbolçuları Kayl Uoker, Joao Feliks və Rikkardo Sottilin İtaliya klubu ilə müqaviləsinin müddəti başa çatıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hər üç futbolçunun icarə müqavilələrinin müddəti bitdiyi üçün klubu tərk ediblər. “Milan” onlara xidmətləri üçün təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, Joao Feliks “Milan”a 2025-ci ilin fevralında “Çelsi”dən gəlmişdi. Bu müddət ərzində o, bütün turnirlərdə 21 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Rikkardo Sottil “Fiorentina”dan icarəyə götürülmüşdü. İtaliyalı 26 yaşlı futbolçu “qırmızı-qaralar”ın heyətində 8 oyuna çıxıb və fərqlənə bilməyib.

Kayl Uoker isə “Milan”a “Mançester Siti”dən keçmişdi. 35 yaşlı ingilis müdafiəçi İtaliya nəhənginin heyətində 16 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Chosen
28
34
arena.az

10Sources