EN

İki futbolçu “Milan”dan ayrıldı

Idmanxeber.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Milan” klubu hücumçu Joao Feliks və vinger Rikkardo Sottilin icarə müqavilələrinin başa çatması səbəbindən komandadan ayrıldığını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı futbolçu  İtaliya klubuna 2025-ci ilin fevralında “Çelsi”dən keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 21 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Sottil “Milan”a “Fiorentina”dan icarəyə verilib. 26 yaşlı italiyalı “qırmızı-qaralar”ın heyətində 8 oyun keçirib və bu matçlarda qol vurmayıb.

2024/25 mövsümünün sonunda “Milan” 63 xalla A Seriyasında 8-ci yeri tutub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
34
idmanxeber.az

10Sources