Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov da öldürülüb.
Axşam.az xəbər verir ki, bu barədə Modern.az-a öldürülən Səfərov qardaşlarının ailəsindən bildirilib.
Əməliyyat zamanı qətlə yetirilən Hüseyn Səfərov Azərbaycan, Ziyəddin Səfərov isə Rusiya vətəndaşıdır. Hər iki şəxs tanınmış ədəbiyyatşünas, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynlinin qardaşlarıdır.
***
Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Səfərovlar ailəsinin daha iki üzvü – Ayaz Möhbalı oğlu Səfərov və onun qardaşı Məzahir Möhbalı oğlu Səfərov xəstəxanada həyatlarını itiriblər.
Bununla da ötən gün baş verən basqın nəticəsində Səfərovlar ailəsində öldürülənlərin sayı 5-ə çatıb.
***
“Maskalı şəxslərin evimizə hücumu zamanı saxlanılan əmilərimin ikisi qətlə yetirilib, 4 nəfər isə sağdır”.
Bunu Oxu.Az-a açıqlamasında hadisə zamanı saxlanılan Ayaz Səfərovun oğlu Ramil Səfərov deyib.
O bildirib ki, hadisə nəticəsində iki nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 4 nəfər isə işgəncə altındadır:
“İki əmimi öldürüblər, 4 əmim isə polisdə işgəncə altındadır. Əmilərimin birini o qədər döyüblər ki, öldü bilib morqa aparıblar. Bizə dedilər ki, Ziyəddin və Hüseyn əmimlə yanaşı, Kamal əmimi də öldürüblər. İndi xəbər gəldi ki, Kamal əmim hələ ölməyib, xəstəxanadadır. Kamal əmim ürəyindən əməliyyat olunmuşdu, ürəyində stendlər var. Onu nəfəsi kəsilənə qədər döyüblər, elə biliblər öldü. Amma indi bizə məlumat gəldi ki, hələ sağdır.
Hazırda atam Ayaz, əmilərim Məzahir, Kamal, Bakir həbsdədir. Onlar işgəncə altındadırlar”.
R.Səfərov bildirib ki, saxlanılanlar barədə onlara heç bir məlumat vermirlər:
“Dünən səhər saat 7-də aparıblar. Dünən neçə dəfə getmişik polisə, dedilər ki, burada yoxdurlar. Vəkillə getdik, yenə dedilər ki, burada yoxdurlar. Əmim oğlanları sərbəst buraxılandan sonra bildik ki, onları polis idarəsinin 5-ci mərtəbəsində saxlayıb, işgəncə verirlərmiş, amma bizi deyirlər ki, burada yoxdurlar”.
Qeyd edək ki, bundan əvvəl Səfərovlar ailəsində öldürülənlərin sayının 5-ə çatdığı deyilirdi.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.