Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edilib.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan Sərəncam imzalayıb.
Sərəncama əsasən, həmin vəzifəyə Andranik Simonyan təyin olunub.
Paşinyanın digər Sərəncamı ilə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan vəzifəsindən azad edilib.
Qeyd edək ki, A.Simonyan Milli Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsini icra edirdi.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.