EN

Rusiyada OMON çuların hücumu zamanı Səfərovlar ailəsinin daha bir üzvü saxlanıldı

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiyanın Yekaterinburq şəhərində OMON-çuların hücumu zamanı Səfərovlar ailəsinin daha bir üzvü saxlanılıb.

Bu barədə Oxu.Az-a açıqlamasında saxlanılan Ayaz Səfərovun oğlu Ramil Səfərov deyib.

O bildirib ki, saxlanılan şəxslərin sayı 5 nəfərə çatıb:

"Hadisə zamanı böyük əmim Akif Səfərov da saxlanılıb. Hazırda atam və əmilərimlə bərabər ona da polis bölməsində işgəncə verirlər. Ziyəddin və Hüseyn əmimi öldürüblər, atam Ayaz Səfərov, əmilərim Akif və Bakir Səfərovlar isə işgəncə altında saxlanılırlar. İndi aldığımız məlumata görə iki əmim - Məzahir və Kamal Səfərovlar dəhşətli işgəncələrdən sonra xəstəxanaya yerləşdirilib.

Kamal əmim əməliyyat olunmuşdu, ürəyində stendlər var idi. Buna baxmayaraq, onu çox dəhşətli dərəcədə döyüblər, ölmüş bilib ondan əl çəkiblər. Məzahir əmimə də dayanmadan elektrik cərəyanı verib, bütün qabırğalarını qırıblar. Hər ikisi ölümcül vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətləri olduqca ağırdır. Ölümcül vəziyyətdə olmalarına baxmayaraq, onları bizə göstərmirlər, xüsusi nəzarət altında saxlayırlar".

Samir Əli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
oxu.az

1Sources