Bakının Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə kanalizasiyaya düşən gəncin meyiti tapılıb.
KONKRET.az Report-a istinadən xəbər verir ki, onun meyiti Hövsan qəsəbəsinin ərazisində aşkar olunub.
Qeyd edək ki, hadisə iyunun 26-sı baş verib, 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o kanalizasiya kollektoruna düşüb.