EN

Yayda bağırsaq infeksiyaları aktivləşir – Necə qorunmaq lazımdır?


Yay aylarında adətən bağırsaq infeksiyaları aktivləşir.
Yeniavaz.com
xəbər verir ki, bağırsaq infeksiyalarının bir sıra xarakterik əlamətləri var.
İlk növbədə, qızdırma, ürəkbulanma, qusma və ishal müşahidə olunur. Bu əlamətlərdən ən çox uşaqlar əziyyət çəkir, lakin yaşlılar və xroniki xəstəlikləri olan şəxslər də risk altındadır.
Mütəxəssislər bildirirlər ki, mədə-bağırsaq xəstəliklərinə səbəb olan viruslar insan orqanizminə əsasən qida və su vasitəsilə daxil olur. Qarşısının alınması üçün ilk növbədə şəxsi gigiyena qaydalarına riayət etmək lazımdır – əllər mütəmadi olaraq sabunla yuyulmalıdır.
Bundan əlavə, qidalar uyğun şəraitdə saxlanmalıdır:
- Tez xarab olan məhsullar soyuducuda və qablaşdırılmış formada saxlanmalıdır.
- Bişmiş yeməklər soyuducunun yuxarı, çiy məhsullar isə aşağı rəflərinə yerləşdirilməlidir.
- Mətbəxdə bişirilən qidaların səliqəli və kifayət qədər bişmiş olması vacibdir.
- İstifadə olunan qablar çarpaz çirklənmənin qarşısını almaq üçün daim yuyulmalıdır.
Məlumatda bildirilir ki, bağırsaq infeksiyaları su vasitəsilə də yayıla bilər. Əgər su bulanıqdırsa və ya xoşagəlməz qoxu verirsə, qaynadılmadan içmək üçün istifadə olunmamalıdır. Belə su yalnız qaynadıldıqdan və soyuduqdan sonra içilməlidir.
Hazırda təbiətdə piknik mövsümünün başladığı nəzərə alınaraq, xüsusilə diqqətli olmaq tövsiyə olunur:
- Yuyulmuş meyvə və tərəvəzləri evdən aparmaq məsləhətdir, çünki təbiətdə onları yumaq hər zaman mümkün olmur.
- Qaymaqlı qənnadı məmulatlarından, ət məhsullarından və kolbasalardan uzaq durmaq lazımdır.
- Ət məhsullarından istifadə edilərsə, onlar düzgün şəkildə bişirilməlidir – məsələn, kabab uzun müddət odda saxlanmalıdır.
Bağırsaq infeksiyası əlamətləri müşahidə olunan şəxslər öz-özünə müalicə ilə deyil, həkimə müraciətlə davranmalıdırlar.
Həkim resepti olmadan antibiotik qəbulu infeksiyanın xroniki formaya keçməsinə səbəb ola bilər. Bundan əlavə, bakteriyalar antibiotiklərə qarşı rezistentlik (davamlılıq) qazana və müalicə çətinləşə bilər.
Chosen
7
1
yeniavaz.com

2Sources