İtaliyanın "Piza" klubu heyətini yeni oyunçu ilə gücləndirib.


Rekord.az xəbər verir ki, A Seriyasına yüksələn klub "Frozinone"dən İsak Vuralı transfer edib.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Bu transfer "Piza" üçün 4,5 milyon avroya başa gəlib. 19 yaşlı yarımmüdafiəçi ilə 4+1 illik müqavilə imzalanıb.


Türkiyə U-21 millisinin üzvü ötən mövsüm "Frozinone"də 24 rəsmi matçda 2 qol ötürməsi edib.