EN

Ən anlayışlı 5 BÜRC

Empatiya qurmağı bacaran, qarşısındakını mühakimə etmədən dinləyən və qəzəbinə nəzarət edə bilən insanlar adətən ətraflarında rahatlıq və güvən mühiti yaradırlar. Astrologiyaya inananlar üçün isə bu xüsusiyyətlər bürclərlə əlaqəli ola bilər.

Bizim.Media "Posta Gazetesi"nə istinadən ən anlayışlı 5 bürcü təqdim edir:

Balıq bürcü

Balıq bürcü su ünsürünə aid olan bürclər arasında ən emosional olanıdır. Onlar qarşılarındakı insanın nə hiss etdiyini asanlıqla anlaya bilirlər. Onlara görə hər kəsin bir səbəbi var və heç kim səbəbsiz yerə pis davranmaz. Bu səbəbdən balıq bürcləri başqalarının səhvlərini asanlıqla mühakimə etməz, əksinə anlamağa çalışarlar.

Tərəzi

Zodiakın sülhpərvər diplomatları kimi tanınan Tərəzilər münaqişədən nifrət edərlər. Onlar üçün sakitlik və balans hər şeydən önəmlidir. Tərəzilər fikir ayrılıqlarında hər iki tərəfi də dinləyərək ədalətli bir həll yolu tapmağa meyllidirlər.

Xərçəng

Xərçəng bürcü şəfqətli və qoruyucu təbiəti ilə tanınır. Ailə yönümlü quruluşu və emosional zəka qabiliyyəti sayəsində sevdiklərinin hər halını qəbul edə bilir.

Çətin zamanlarda belə səbrli şəkildə dinləməyə və dəstək verməyə davam edərlər. Onlar üçün anlayış göstərmək sevginin ifadəsidir. Xüsusilə yaxın çevrələrində kimsə kədərli olanda onu qucaqlayıb dinləyən ilk insan çox vaxt bir xərçəng olur.

Qız bürcü

Qız bürcləri insanların zəifliklərini və ya səhvlərini tənqid etmək yerinə, həmin insana necə kömək edə biləcəklərini düşünürlər.

Hər nə qədər zahirdən tənqidi görünsələr də, əslində içdən içə hər kəsin ən yaxşı versiyasını ortaya çıxarmaq istəyirlər.

Oğlaq
Nizam-intizamlı və ciddi görünüşləri ilə tanınan oğlaqlar daxillərində təəccüblü dərəcədə səbirli və dözümlü insanlardır.

Asanlıqla təslim olmazlar və insanlara uzun müddətli anlayış göstərməkdə qərarlıdırlar. Xüsusilə məsuliyyət hissləri yüksək olduğu üçün sevdiklərini yarı yolda buraxmazlar.

Bizim.Media

Chosen
10
48
bizim.media

10Sources