EN

“Rusiyanın azərbaycanlılara qarşı hərəkətləri insanlığa qarşı vəhşilikdir”- Anar İsayev

Rusiyada azərbaycanlılara qarşı törədilən son zorakılıq hadisələrinə münasibət bildirən politoloq Anar İsayev məsələni News365.az-a  Rusiya-Azərbaycan münasibətləri kontekstində qiymətləndirib.

O, baş verənləri "cinayət" və "insanlığa qarşı vəhşilik" kimi dəyərləndirib.

“Bu, sadəcə bir kriminal hadisə deyil. Rusiyanın imperialist xisləti və şovinist siyasəti bu cür faciələrin əsas səbəbidir. Rusiya hər zaman bu cür cinayətləri törədib və törətməkdə davam edir. Azərbaycanlılara qarşı baş verən bu zorakılıqları birbaşa dövlət siyasətindən qaynaqlanan münasibət kimi görmək lazımdır,” – deyə İsayev bildirib.

O, hadisə nəticəsində həyatını itirən soydaşlarımıza Allahdan rəhmət diləyib və onların yaxınlarına səbir arzulayıb: “Bu, böyük bir faciədir. Soydaşlarımız Rusiyada qətlə yetirilir. Lakin Rusiya dövləti heç bir şəkildə məsuliyyət daşımır, üzrxahlıq belə edilmir.”

Politoloq həmçinin Rusiya tərəfindən mülki təyyarənin vurulmasını da xatırladaraq, bu cür halların təsadüfi olmadığını vurğulayıb: “Mülki təyyarənin vurulması analoqu olmayan bir hadisədir. Bu olaylar Rusiyanın Azərbaycanla münasibətindəki ikili standartların göstəricisidir.”

Anar İsayev əlavə edib ki, Rusiya mətbuatı hadisələri ört-basdır etməyə çalışsa da, bu münasibət dünya ictimaiyyətinə açıq şəkildə nümayiş etdirilməlidir.

Chosen
8
24
news365.az

10Sources