EN

Sabahın hava PROQNOZU

Bakı. Trend:

İyunun 29-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilənməlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitininyağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər yarımadanın bəziyerlərində zəif duman olacaq. Şimal-şərq küləyi, gündüz cənub-şərqküləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-33° isti olacaq.Atmosfer təzyiqi 755 mm civə sütunundan 750 mm civə sütununaenəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysanxarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalıvar. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayimşərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti,dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Məqalədə:
Chosen
30
49
az.trend.az

10Sources