EN

"Yuventus"un müdafiəçisi 2 ay oynamayacaq

İtaliyanın "Yuventus" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, A Seriyası nəhənginin müdafiəçisi Nikolo Savona sıradan çıxıb.

İtaliyalı futbolçu klublararası dünya çempionatının "Mançester Siti" ilə matçında (2:5) zədələnib. 22 yaşlı sağ cinah müdafiəçisi təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Nikolo Savona "Yuventus"un yetirməsidir. İtaliya millisinin üzvü ABŞ-də keçirilən klublararası dünya çempionatında 3 matçda meydana çıxıb.

saytlarin hazirlanmasi

Chosen
10
1
sportal.az

2Sources