EN

Tramp İranla bağlı o iddiaları yalanladı: "Bu insanlar xəstədir!"

ABŞ prezidenti Donald Tramp İranın uranın zənginləşdirilməsi ideyasından əl çəkməsi şərti ilə Amerika administrasiyasının Tehrana dinc nüvə proqramının inkişafı üçün təxminən 30 milyard dollar investisiya verəcəyi barədə yayılan məlumatları təkzib edib.

Publika.az xəbər verir ki, Tramp bu barədə "Truth Sosial" sosial şəbəkəsində yazıb.

"Yalançı mediadan hansısa deyir ki, "Prezident Tramp İrana qeyri-hərbi nüvə obyektləri tikmək üçün 30 milyard dollar vermək istəyir"? Mən bu gülünc ideyanı heç eşitməmişəm. Bu, yalançı medianın məni alçaltmaq üçün uydurduğu növbəti cəfəngiyyatdır. Bu insanlar xəstədir!", - Tramp bildirib.

Chosen
14
43
publika.az

10Sources