EN

Azərbaycanlı jurnalistin qardaşları Rusiyada öldürülüb

ain.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycanın tanınmış jurnalisti, ədəbiyyatşünas və tərcüməçi Seyfəddin Hüseynlinin qardaşları Ziyəddin və Hüseyn öldürülüb.

Bu barədə “Report”a S.Hüseynlinin yaxınları bildiriblər.

Onların sözlərinə görə, Milli Qvardiyanın Xüsusi Təyinatlı Çevik Dəstəsinin (OMON) əməkdaşları azərbaycanlıların evinə basqın edib.

Ölüm hadisəsinin dəqiq səbəbi və təfərrüatları hələ məlum deyil.

Qeyd edək ki, S.Hüseynli yaradıcılıq fəaliyyətinə görə bir çox mükafata layiq görülüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
2
tribunainfo.az

4Sources