EN

“Atletik” açıqlama yaydı: “Barselona”da bu transferə görə pul yoxdur

“Atletik” klubu “Barselona”nın ispan futbolçu Niko Uilyamsı müqaviləsindəki 58 milyon avroluq sərbəst qalma məbləğini ödəmə qabiliyyətinə şübhə ilə yanaşır.

Publika.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında yayımlanan açıqlamada bildirilir.

Məlumata görə, Bilbao klubunun prezidenti Yon Uriarte La Liqa rəhbəri Xavyer Tebasla görüş keçirib. Görüşdə “Barselona”nın maliyyə feyr-pley qaydaları çərçivəsində transfer imkanları müzakirə olunub. Söhbət xüsusilə 22 yaşlı Uilyamsın mümkün keçidindən gedib.

“Atletik La Liqaya görüş zamanı göstərdiyi əməkdaşlığa və dəqiqliyə görə təşəkkür edir. Bu görüş Madrid şəhərində baş tutub və La Liqa ilə klub arasında maliyyə feyr-pley qaydalarına əməl olunmasına dair məsələlər aydınlaşdırılıb.

Müzakirə olunan əsas mövzulardan biri də “Barselona”nın yeni futbolçu qeydiyyatı aparmaq imkanları idi. “Atletik” olaraq, idman direktoru Dekpnun birinci komandamızdan futbolçunu transfer etmək istədiklərini açıq şəkildə bildirməsindən sonra bu məsələyə dair məlumat almaq bizim hüququmuzdur. Həmin futbolçunun klubla 30 iyun 2027-ci ilədək müqaviləsi var”, – deyə açıqlamada qeyd edilir.

Chosen
12
50
publika.az

10Sources