EN

"Baksol yolu"nda 1 nəfər kanalizasiya kollektoruna düşüb, axtarış aparılır - YENİLƏNİB3 - FOTO

26 iyun axşam saatlarında paytaxtın Binəqədi rayonu, Baksol yolu adlanan ərazisində kanalizasiya quyusuna düşən 27 yaşlı Cümşüd Cümşüdovun axtarışları davam etdirilir.

APA xəbər verir ki, sözügedən ərazidə FHN qüvvələri gecə saatlarında da fəaliyyət göstərirlər.

***

20:25

Paytaxtın Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Bu haqda APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda xüsusi vasitələrlə təchiz edilmiş xilasedicilər tərəfindən axtarışlar davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

14:16

Dünən axşam saatlarında bir nəfərin "Baksol" adlanan ərazidə kanalizasiya kollektoruna düşdüyü ehtimal olunur.

Bu barədə APA-ya İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Məlumata görə, axtarışlar aparılır. Əlavə məlumat veriləcək.

***

14.01

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Chosen
32
19
apa.az

10Sources