EN

Seyfəddin Hüseynlinin qardaşlarının öldürülməsinin təfərrüatı məlum oldu

Yekaterinburqda əvvəlki illərdə baş vermiş cinayət hadisələri ilə bağlı bir sıra şəxslər saxlanılıb.

Teleqraf xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelix bildirib.

O, əvvəllər törədilmiş cinayət işlərinin istintaqı çərçivəsində kompleks tədbirlərin həyata keçirildiyini bildirib.

Cinayət hadisələrini törətməkdə şübhəli bilinən bəzi şəxslər saxlanılıb və həmin şəxslərin yaşayış yerlərində axtarışlar aparılıb. Hazırda şübhəli şəxslərlə bağlı zəruri istintaq aparılır və digər cinayətlərdə iştirakları yoxlanılır.

Qorelix istintaq sirrini əsas gətirərək digər təfərrüatı açıqlamayıb.

***

2025.06.2723:46

Rusiyanın Yekaterinburq şəhərində onlarla azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Əməliyyatda polis əməkdaşları və İstintaq Komitəsinin müstəntiqləri iştirak edirlər. İstintaq Komitəsi hələlik məsələ ilə bağlı şərh verməyib.

Məlumata görə, söhbət 2001-ci ildə diasporun iştirakı ilə baş vermiş qətldəngedir. İddialara görə, qətl hadisəsi Səfərovlara məxsus kafedə baş verib.

Cinayət işi təzələnərək yenidən icraata götürülüb.Azərbaycan-Ural təşkilatının rəhbəri Şahin Şıxlinski kütləvi həbslərlə bağlı iddialara belə münasibət bildirib:

“Bu barədə heç nə bilmirəm. Mən saxlanılmamışam”.

Qeyd edək ki, bu gün Rusiyanın Yekaterenburq şəhərində azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları döyülərək öldürülüb.

Onlar tanınmış ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Chosen
29
2
bizimshow.az

7Sources