“Arsenal” Maylz Lyuis-Skellinin müqavilə müddətini uzadıb.
İngiltərə klubunun mətbuat xidmətinin məlumatına görə, 18 yaşlı müdafiəçi 2030-cu ilin yayına qədər London klubuna məxsus olacaq.
Qeyd edək ki, Maylz “Arsenal”ın yetirməsidi. İngiltərə millisinin üzvü olan gənc futbolçu ötən mövsüm “topçular”ın heyətində 42 rəsmi matçda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.