EN

Teymur Rəcəbov liderdən 1,5 xal geri qalır

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Moskvada "Şahmat Ulduzları 5.0" turnirində rapiddə daha 3 tur keçirilib.

İdman.biz xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Teymur Rəcəbov günü 2 heç-heçə və 1 məğlubiyyətlə tamamlayıb.

Qrossmeystrimiz Bibisara Assaubayeva uduzub, Yevgeniy Tomaşevskiy və Vladislav Artemyevlə xalları yarıya bölüb. Rapid növündə mübarizə sabah yekun vurulacaq. Ayın 29-da və 30-da isə blitsdə 18 tur təşkil olunacaq.

Qeyd edək ki, 6 turdan sonra Rəcəbov 3,5 xalla 4-cü pillədə yer alıb. Lider rusiyalı Vladislav Artemyevin hesabında 5 xal var.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
40
18
icma.az

10Sources