“Atletiko Madrid” “Vilyarreal”ın və İspaniya millisinin hücumçusu Aleks Baenanı transfer etmək üzrə razılığa gəlib.
90deqiqe.Az-ın məlumatına görə, iki klub transferin dəyəri olaraq 45 milyon avro məbləğində anlaşma əldə edib.
Transfer bonuslarla birlikdə əlavə 5 milyon avro təşkil edir.
Ötən klub mövsümündə 33 matçda Baena 7 qol vurub və 10 məhsuldar ötürmə edib. İspan futbolçunun Avropa Liqasında, Avropa çempionatında qələbəsi, eləcə də olimpiya turnirində qızıl medalı var.
“Atletiko” ötən mövsüm La Liqa turnir cədvəlini 3-cü pillədə başa vurub.