EN

Rusiyada azərbaycanlı qardaşlar döyülərək öldürüldü


Bu gün Rusiyanın Yekaterenburq şəhərində azərbaycanlı Səfərov Ziyəddin Mehdi oğlu döyülərək öldürülüb.

News24.az bildirir ki, bu barədə Teleqraf-a onun yaxınları məlumat verib

Bildirilir ki, OMON (xüsusi təyinatlı milis dəstəsi - red) üzvləri azərbaycanlıların evinə basqın edib.

Z.Səfərovla yanaşı qardaşının da öldürüldüyü bildirilir.

Qeyd edək ki, Səfərov Ziyəddin tanınmış ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşıdır.

Seyfəddin Hüseynli Azərbaycan Yazıçılar Birliyinin "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru, "525-ci qəzet"in ədəbiyyat, mədəniyyət və təhsil sahələri üzrə baş redaktor müavinidir.




Chosen
24
24
news24.az

10Sources