EN

Keçmiş aparıcı hindli ərini tanıtdı FOTO

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Keçmiş aparıcı Günel Musəvi hindistanlı iş adamı ilə ailə qurmasından danışıb.Demokrat.az axşam-a istinadla xəbər verir ki, hazırda Amerikada yaşayan Günel bu haqda Səxavət Nurun "Americano" yutub layihəsində söz açıb:"Ərimin anası amerikalı, atası hindistanlıdır. Krişna soyadını ondan götürdüm. Uşaqlıqdan hind filmləri ilə böyümüşəm. Uşaq vaxtı məni hind qızlarına oxşadırdılar. Elə oldu hind ailəsinə gəlin köçdüm. Ərim Amerikada böyüyüb. Anası onu amerikanlı mədəniyyəti ilə böyüdüb. Amma içində hind mədəniyyəti, ənənəsi var.Uşaqlarım da hindlidir. Amma istəyirəm onlar Azərbaycan mədəniyyətini də öyrənsin, öyrədirəm də. Gec yaşda ana olmuşam. Ona görə indi özümü ailəyə sərf etmişəm. Yoldaşım elə şərait yaradıb ki, işləməyə ehtiyacım yoxdur".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
16
demokrat.az

10Sources