“Qarabağ”ın əsas komandasının məşqçi və futbolçuları “Sozopol Cup 2025” turnirinin qalibi olan U-13 və Azərbaycan çempionu adını qazanan U-14 kollektivlərinin üzvləri ilə görüşüblər.
Publika.az xəbər verir ki, görüş komandanın bu gün “Azersun Arena”da keçirilən məşqindən əvvəl gerçəkləşib.
U-13 və U-14 komandalarının futbolçuları və məşqçi heyəti önündə çıxış edən baş məşqçi Qurban Qurbanov onları qazanılan uğurlar münasibəti ilə təbrik edib. O, akademiyanın məşqçilərinə və gənc futbolçularına gələcək karyeralarında uğurlar arzulayıb. Tədbirin sonunda U-13 və U-14-ün üzvlərinə hədiyyələr təqdim olunub.