Bakı. Trend:
Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərliketdiyi nümayəndə heyəti İtaliyada işgüzar səfərdədir.
Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətindən Trend-ə bildirilib ki,səfər çərçivəsində İtaliya Kənd Təsərrüfatı Maşınlarıİstehsalçıları Federasiyasının (“FederUnacoma”) prezidentiMariateresa Maschio ilə görüş keçirilib. Görüşdə nazir AzərbaycanPrezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aqrar sahənininkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.Ölkəmizdə aqrar sahənin torpaq vergisi istisna olmaqla, bütünvergilərdən azad olduğunu diqqətə çatdıran nazir qeyd edib ki,Azərbaycanda kənd təsərrüfatının inkişafı məqsədilə subsidiya,kredit və güzəşt formasında güclü dövlət dəstəyi mexanizmlərimövcuddur. Görüşdə İtaliyanın təchizatçı şirkətləri tərəfindənAzərbaycanda müasir kənd təsərrüfatı texnikalarının təqdimatınınkeçirilməsi məsələsi müzakirə edilib.
İtaliya Kənd Təsərrüfatı Maşınları İstehsalçılarıFederasiyasının (“FederUnacoma”) prezidenti Mariateresa Maschio öznövbəsində təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumatverib. O qeyd edib ki, federasiya müasir kənd təsərrüfatı texnikavə avadanlıqları istehsal edən şirkətləri özündə birləşdirir.Mariateresa Maschio aqrar sahədə Azərbayanla əməkdaşlıqda maraqlıolduqlarını vurğulayıb.
Görüşdə kənd təsərrüfatı sektorunda əməkdaşlığıngenişləndirilməsi, xüsusilə Azərbaycanın kənd təsərrüfatıtexnikaları parkının yenilənməsi və mexanizasiya səviyyəsininartırılması, ölkəmizdə İtaliya Kənd Təsərrüfatı TexnikasıMərkəzinin yaradılması perspektivləri, resurslara qənaət edəntexnologiyaların təşviqinə yönəlmiş birgə təşəbbüslərin həyatakeçirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlərmüzakirə olunub.