EN

Aktyor Vüsal Murtuzəliyev sabah evə buraxılacaq

BAKI, 27 iyun. TELEQRAF

Tanınmış aktyor Vüsal Murtuzəliyev sabah xəstəxanadan evə buraxılacaq.

Bu barədə Teleqraf-a aktyorun yaxınları məlumat veriblər.

Qeyd edək ki, aktyor Vüsal Murtuzəliyev iyunun 19-da Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Daha sonra aktyoru Diaqnostika Mərkəzinə gətiriblər. Ona anevrizma diaqnozu qoyulub. Damarda anjio (anjioqrafiya) olunub.

Chosen
8
teleqraf.com

1Sources