EN

Göyçay sakinləri illərdir yolsuzluqdan əziyyət çəkir – ŞİKAYƏTVİDEO

Böyük çuxurlar… Dağılan asfalt qatı… Yoldan istiafdə edərkən əziyyət çəkən insanlar…

Xezerxeber.az xəbər verir ki, görüntülər Göyçayın Mırtı kəndindəndir. Ucqar kəndlərdən olan Mırtı ilə rayon mərkəzi arasındakı məsafə təxminən 18 km-dir. Rayon mərkəzinə gedən yolun kəndin girişinə qədər olan hissəsi asfaltlansa da, içərilərə doğru yararsız hala düşüb.

Sakinlərin sözlərinə görə, kəndin daxili yolları sonuncu dəfə ötən əsrin 80-ci illərində asfaltlanıb. Ondan sonra isə tədricən dağılmağa başlayıb. Müəyyən müddətdən bir kənd bələdiyyəsi və sakinlərin dəstəyi ilə yollara çınqıl tökülür. Amma yağıntı olan kimi çınqıl dağılır və yol əvvəlki halına geri dönür.

Məsələ ilə bağlı kənd bələdiyyəsinə müraciət etdik.

Bələdiyyə sədri Nurəddin Nuriyev "Xəzər Xəbər"ə bildiridi ki, yolun bərpası növbəti ilin tədbirlər planına salınıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
87
xezerxeber.az

1Sources