Kepa Arrisabalaqa klubunu dəyişəcək.
İnsayder Fabritsio Romanonun yaydığı xəbərə görə, “Arsenal” “Çelsi”nin ispaniyalı qolkiperini transfer edəcək. London klubu Arrisabalaqa və onun klubu ilə razılığa gəlib. Qapıçı ötən mövsümü icarə əsasında “Bornmut”da keçirib.
30 yaşlı futbolçu 2024/25 mövsümündə premier-liqada 31 oyunda meydana çıxıb, 39 top buraxıb və 8 matçda qapısını toxunulmaz saxlayıb.