EN

Osimhenin sərbəst qalma maddəsi ilə bağlı yeni iddia

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyədə mövsüm artıq 25 gündü, başa çatıb. Amma Viktor Osimhenin gələcək taleyi hələ də suallarla doludu. ''Qalatasaray'' hələ də nigeriyalı forvarddan ümidini kəsməyib. Bu arada Osimhenin təzminatı ilə bağlı çox maraqlı bir xəbər var. Bilindiyi kimi onun ''Napoli'' ilə müqaviləsində 75 milyon avroluq sərbəst qalma maddəsi var. Bu maddənin müddətinin iyulun 15-nə qədər olduğu üzə çıxıb. Həmin tarixdən sonra maddə avtomatik olaraq qüvvədən düşəcək. Bəs sonra nə olacaq? Türkiyənin ''Sabah'' nəşri bu sualı ''Napoli'' rəsmilərinə ünvanlayıb. Onların cavabı belə olub:

''15 iyuldan sonra sərbəst qalma maddəsi qüvvədən düşsə də, biz Osimheni qətiyyən 75 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyilik. Əksinə o tarixdən sonra bizim ona görə daha böyük məbləğ tələb etmək ixtiyarımız olacaq. 75 milyon avrodan az olan heç bir təklif nəzərdən keçirilməyəcək''.

Qeyd edək ki, 26 yaşlı futbolçunun Neapol klubu ilə müqaviləsinin müddəti 2027-cı ilə qədərdi. Səudiyyə Ərəbistanı nəhəngi ''Əl-Hilal'' isə Osimhendən əl çəkmir. Bu klub futbolçuya illik 50 milyon avroluq maaş təklifinə hələ də cavab almayıb. Bir çox mənbələrin iddiasına görə Osimhen gələcəyi ilə bağlı qərarını 15 iyul tarixi tamamlandıqdan və sərbəst qalma maddəsi qüvvədən düşdükdən sonra verecek.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
50
icma.az

10Sources