Türkiyə Futbol Federasiyası milli komandanın baş məşqçisi Vinçentso Montellanın müqaviləsini uzadacaq.

Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis 2028-ci ilin yayına qədər Türkiyə yığmasını çalışdırmağa davam edəcək.

Bu barədə "Ajansspor" məlumat yayıb.

Montella 2023-cü ilin sentyabrından burada çalışır. "Ay-ulduzlular" onun rəhbərliyi altında Avropa çempionatında 1/4 finala yüksəlməyi bacarıb.